Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) yeni təyinat olub.
Heftelik.az-ın məlumatına görə, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri vəzifəsində çalışan Ramik Əşrəfov Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
Nazirlik sözçüsü “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri vəzifəsinə də yeni təyinat olduğunu qeyd edib. Bu vəzifə isə ASC-nin sədr müavini işləyən Cavid Abdullayevə həvalə olunub.
Ramik Əşrəfov ixtisasca meşə təsərrüfatı mühəndisidir, Voronej Meşə Texnologiyası İnstitutunda meşə təsərrüfatı mühəndisi ixtisası üzrə təhsil alıb. 1988-ci ildən bugünədək meşə təsərrüfatı və ekologiya sahəsində müxtəlif vəzifələrdə çalışıb.
Cavid Abdullayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə işləyib. 2022-ci ildən bugünədək ASC- də sədr müavini olub.