Su kəmərinin yaşayış binaları və mənzillərə girişlərində qoyulan soyuq və isti su sayğacları impulslu çıxışlı nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Layihə tapşırığına əsasən binadaxili və ya bitişik ictimai təyinatlı otaqlar üçün qoyulmuş su sayğaclarında impulslu çıxışın nəzərdə tutulmasına yol verilir. Ev və mənzil su sayğacları qarşısında mexaniki və ya maqnitli-mexaniki süzgəclər qoyulmalıdır.