Bərpa olunan enerji mənbələrinin avadanlıqları, onların tətbiqi üzrə istehsalçı müəssisənin təlimatlarına uyğun layihələndirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Fərdi yaşayış evi elə layihələndirilməli, tikilməli və təchiz olunmalıdır ki, hərəkət zamanı onun daxilində və yanında, giriş və çıxışda, həmçinin evdaxili avadanlıqlardan istifadə etdikdə sakinlərin zədələnməsi riskinin qarşısı alınmış olsun.