Havanın xaric edilməsi mətbəxdən, ayaqyoludan, vanna otaqlarından, duşxanalardan, sanitar qovşaqlarından və ehtiyac olduqda başqa sahələrdə (yerləşgələrdə) də nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Tərkibində zərərli maddələr və ya pis qoxu olan hava digər sahələrə, o cümlədən havalandırma kanallarına daxil olmasının qarşısı alınmaqla yerləşgədən birbaşa çölə xaric edilməlidir. Təbii havalandırmanı təmin etmək üçün yerləşgənin pəncərələr, nəfəsliklər, framuqalar (xəfəng) və digər havalandırma deşikləri vasitəsilə küləklənməsi nəzərdə tutulmalıdır.