Bir insan Bakıda il ərzində ömrünün 7,6 gününü tıxacda keçirir.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında deputat İltizam Yusifov deyib.

Deputat bildirib ki, hər gün Bakıda tıxaclarla qarşılaşırıq: “10-15 dəqiqə səhər, elə bu qədər də işdən sonra tıxacda qalsaq, bu, təxminən il ərzində 7,6 gün edir. Dünyanın ən tıxaclı şəhərləri İstanbul və Moskva sayılır. Bu rəqəm orada 5 gündən bir az artıqdır. Bizdə kişilər üçün orta yaş həddi 73 ildir. Deməli, Bakıda 73 il yaşan şəxs ömrünün 1,5 ilini tıxacda keçirir. Bu, çox böyük rəqəmdir”.