Azərbaycan mediasına ağır itki üz verib.

Heftelik.az-ın xəbərinə görə, tanınmış jurnalist Səbuhi Məmmədli uzun sürən xəstəlikdən sonra bu gün, 54 yaşında dünyasını dəyişib.

Səbuhi Məmmədli şəkərli diabet, ürək və böyrək çatışmazlığı, ağciyərin pnevmoniyasından əziyyət çəkirdi.

2022-ci ildə jurnalistdə aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi aşkarlandı.

Aparılan müalicələrə tabe olmadığı üçün onun sol ayağı, 2023-cü ildə isə sağ ayağı amputasiya edilmişdi.