Kənarlaşdırıcı boru kəmərlərinin minimal mailliyi qəbul edilməlidir: asma boru kəmərləri üçün – 0,005, bütün qalan hallarda bu normaların tələblərinə uyğun olaraq.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Daxili suaxıdıcı şəbəkələri təmizləmək üçün bu normaların 8.3-cü bəndinin tələbləri nəzərə alınmaqla təftişlər, təmizləyicilər və baxış quyuları nəzərdə tutulmalıdır. Dik borularda təftişlər binaların aşağı mərtəbələrində, üfüqi istiqamətdə çıxıntı olduqda isə onların üstündə qoyulmalıdır.
Üfüqi asma xətlərinin uzunluğu 24 m-ə qədər olduqda təmizləyicinin sahənin əvvəlində nəzərdə tutulmamasına yol verilir.