Öhdəlik təşkilatlar tərəfindən malların (iş və xidmətlərin) satın alınması ilə bağlı gələcək xərclərin icrasını təmin etmək üçün dövlət xəzinədarlığı tərəfindən qəbul edilən dövlət (büdcə) öhdəliyidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Müqavilələr üzrə öhdəliklərin qəbulu sənədi xərclər üzrə maliyyə əməliyyatlarının aparılması məqsədilə satınalma və ya mülki müqavilələrin və həmin müqavilələr üzrə öhdəliklərin xəzinə uçotuna qəbul edilməsini təmin edən sənəddir. Öhdəliklərin qəbul edilməsi haqqında bildiriş öhdəliklərin xəzinə uçotuna qəbul edilməsi barədə məlumatdır.