Müqavilələr üzrə öhdəliyin hansı hallarda qəbul edilmədiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Müqavilələr üzrə aşağıdakı hallardan biri mövcud olduqda öhdəlik qəbul edilmir:
– müqavilə üzrə satınalınması nəzərdə tutulan malların (iş və xidmətlərin) predmeti büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olmadıqda;
– satınalma müqaviləsi və ya mülki müqavilə, habelə həmin müqavilələrə əlavə edilmiş razılaşma protokolları və satınalmanın keçirilməsi ilə bağlı təsdiqedici sənədlər (satınalma sahəsində dövlət nəzarətini həyata keçirən orqanın məktubu və yekun protokol), habelə digər (icazələr, lisenziyalar və müqavilənin yerinə yetirilməsinin təminat sənədi) hüquqi sənədlərdə uyğunsuzluq olduqda;
– satınalma müqaviləsi və ya mülki müqavilə, habelə həmin müqavilələrə əlavə edilmiş razılaşma protokolları təşkilat və təchizatçı tərəfindən imzalanmadıqda və ya təsdiq edilmədikdə.