Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin hüquqları sırasına notariat fəaliyyətinin yoxlanılmasına Azərbaycan Notariat Palatasının üzvünü cəlb etmək və notariat fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş şəhadətnamənin ləğv edilməsi barədə Nazirliyin rəhbərliyinə təqdimat vermək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Xüsusi notariusun qeydiyyat vəsiqəsinin ləğv edilməsi üçün Nazirliyin rəhbərliyinə təqdimat vermək, qeydiyyat şöbələrində və notariat ofislərində icra və əmək intizamına riayət olunması vəziyyətini yoxlamaq və qeydiyyat şöbələrinin, notariat ofislərinin, Dövlət notariat arxivinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin fəaliyyətini yoxlamaq və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görmək də bu hüquqlar sırasındadır.