Pakistan öz səfirini İrandan geri çağırıb.

Heftelik.az-ın məlumatına görə, Pakistan XİN Tehranın ölkə ərazisinə zərbələrini qanunsuz  sayıb və cavab vermək hüququnu özündə saxladığını bəyan edib.

Pakistan XİN sözçüsü Mümtaz Zəhra Bəluç deyib ki, İslamabad ölkənin suverenliyinin pozulmasından sonra Tehranla bütün yüksək səviyyəli diplomatik mübadilələri dayandıracaq.

Xatırladaq ki, ötən gün İran Pakistan ərazisinə raket zərbələri endirib.