Üçmərtəbəli evlərin pilləkən qəfəsi qurulduqda onun hüdudlarında giriş vestibülünün və mərtəbələr üzrə holların yerləşdirilməsinə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Vestibül və holları tərkibində birləşdirən bu cür pilləkən qəfəslərinin örtük və divar konstruksiyalarının DTN 2.02-01-ə müvafiq odadavamlılıq həddi REI 45-dən və konstruktiv yanğın təhlükəsi sinfi K1-dən az olmamalıdır. Pilləkən qəfəsi yuxarıdan işıqlandırıldığı halda divarlarında pəncərələr olmaya bilər. Pilləkənlər ağacdan qurula bilər.