Xəzinə uçotuna qəbul edilən xarici valyutada daxilolmalar əməliyyat günündə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manatın müvafiq xarici valyutalara nisbətdə rəsmi məzənnəsi ilə qiymətləndirilir və xəzinə uçotuna qəbul edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə maliyyə əməliyyatlarının aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.