“Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi”nə (XİİS) təşkilatların qoşulmasını, habelə onun fəaliyyətinin təşkilini, idarə olunmasını və təkmilləşdirilməsini Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
XİİS aşağıdakıları əhatə edir:
– göstəricilərin daxil edilməsi;
– məlumatların yoxlanılması;
– məlumatların təsdiq edilməsi;
– məlumatların emalı və ehtiyat nüsxələrinin yaradılması;
– ödəniş tapşırıqlarının ödəniş sistemlərinə göndərilməsi;
– xərc əməliyyatlarının yekunlaşması.