Anbarlarda əlil əməyindən istifadənin mümkünlüyü nəzərdə tutulan hallarda, orqanizminin funksiyalarının pozulması faizindən asılı olaraq DTN 3.2-01-in müvafiq bəndlərində qeyd olunmuş əlavə tələblər yerinə yetirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu,  “Anbar binaları. Layihələndirmə normaları”nda əksini tapıb.

Bu normalarda aşağıda göstərilən normativ sənədlərə istinad edilib:

Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları (Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilib);

DTN 2.02-01-97Bina və qurğuların yanğın təhlükəsizliyi;
DTN 3.02-01-2002İstehsalat binaları;
DTN 2.04-05-95Təbii və süni işıqlanma;
TNvəQ 2.09.04-87*İnzibati və məişət binaları;
DÜİST 12.4.026-76Siqnal rəngləri və təhlükəsizlik işarələri;
DÜİST 9238-83Rels izi 1520 (1524) mm olan dəmir yolları nəqliyyat vasitələrinin və tikililərin yaxınlaşma qabaritləri;
DÜİST 22853-86Mobil (inventar) binalar. Ümumi texniki şərtlər.

 

Qeyd: Mətndə göstərilən işarələnmələr aşağıdakı kimi oxunur:

TNvəQ – Tikinti Norma və Qaydaları;

DÜİST – Dövlət Ümumittifaq Standartı (dövlətlərarası standart);

DTN –  Dövlətlərarası Tikinti Normaları;

F5.2 – anbar binalarının funksional yanğın təhlükəliyi sinfi;

A, B, C, D və E – anbar binalarının uyğun olaraq yanğından yüksək partlayış təlükəliliyi, yanğından partlayış təlükəliliyi, yanğın təhlükəliliyi, orta yanğın təhlükəliliyi və zəif yanğın təhlükəliliyi kateqoriyaları.