İstismara verilmə və istismar dövründə qısa qapanmaların və mümkün ola biləcək elektrik qövslərinin yaranma riskini azaltmaq üçün quraşdırılma zamanı bütün birləşmələr deffektlərin və təyin olunmuş bucaq mailliyindən kənaraçıxmaların mövcudluğuna yoxlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Damüstü Günəş enerji sistemlərinin quraşdırılması üzrə tələblər”də əksini tapıb.
Bərpa olunan enerji mənbələrinin aktiv istifadəsi binaların fasad üzlüyündə günəş elementlərinin geniş tətbiqinə zəmin yaradır.