Birmənzilli və bloklanmış yaşayış binalarında, komfortlu mənzillərdə hovuz tikildikdə onun su təchizatının texnoloji sxemi (düzaxınlı və ya təmizlənmə ilə dövri) su təchizatı və kanalizasiya müəssisəsi ilə razılaşdırılmış su tələbatı və tullantı su həcmlərinə əsasən seçilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Boru kəmərlərinin istilik izolyasiya layının qalınlığı AzDTN 2.12-6-ya əsasən təyin edilməlidir. Yeni tikilən və yenidən qurulan köhnə binaların layihələndirilməsi zamanı effektli istilik izolyasiya materiallarının səmərəli seçilməsində istilikkeçirmə qabiliyyəti aşağı olan materiallara üstünlük verilməlidir.