Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin hüquqları sırasına statistik hesabat formalarının təkmilləşdirilməsinə dair təkliflər vermək və qeydiyyat və notariat fəaliyyəti, habelə sahibkarlıq sahəsində aparılan yoxlamalar üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə (o cümlədən publik hüquqi şəxslərə) zəruri məlumatlar (sənədlər) barədə yazılı və ya elektron sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Fəaliyyət istiqamətlərinə uyğun rəylər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, müsbət təcrübəni yaymaq, analitik materiallar hazırlamaq, müvafiq təkliflər vermək də bu hüquqlar sırasındadır.