Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsində məsləhətçi (iqtisadçı) müvafiq qurumların növbəti illər üçün büdcə və icmal büdcə proqnozu layihələrini hazırlayır və dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin müvafiq qurumlar üzrə bölüşdürülməsi barədə Baş idarənin rəisinə təkliflər verir, büdcə vəsaitinin “Vahid büdcə təsnifatı”na uyğun xərclənməsinə nəzarət edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Məsləhətçi (iqtisadçı) həmçinin müvafiq qurumlar üzrə işçilərin bütün maddi təminatı nəzərə alınmaqla ştat cədvəllərini, xərclər smetalarını hazırlayır və bu vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarət edir və dövlət satınalmaları üzrə müsabiqələrin keçirilməsi ilə bağlı Baş idarə rəisinin və baş məsləhətçinin (mühasibin) tapşırıqlarını yerinə yetirir.