Fərdi yaşayış evlərinin havalandırma sisteminin xidmət rejimində minimal məhsuldarlığı, insanların yerləşgələrdə daimi olması şərti ilə, 1 saat ərzində hava həcminin bir dəfədən az olmayaraq dəyişməsinin hesablanması ilə müəyyənləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Xidmət rejimində 1 saat ərzində mətbəxdən 60 m3-dən, vanna otağı, ayaqyolu, duşxana və sanitar qovşağından 25 m3-dən az olmayaraq hava xaric edilməlidir. Digər yerləşgələrdə, həmçinin bütün havalandırma olan, lakin iş rejimində olmayan yerləşgələrdə 1 saat ərzində havadəyişmə misli otaqların həcminin 0,2 mislindən az olmamalıdır.