Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi təsdiq edilmiş formaya  uyğun olaraq vəsaitin təşkilatın xərclər smetasında bloklanmasını təmin edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.

Müqavilənin razılaşma protokoluna dəyişiklik edildikdə qanunvericiliyə uyğun olaraq həmin dəyişikliklər xəzinə uçotunda nəzərə alınır.

Öhdəliklər təşkilatların müraciəti əsasında xəzinə uçotundan çıxarıla bilər. Xəzinə uçotundan çıxarılması təklif edilən öhdəliklər üzrə dövlət alışları, iş və xidmətlər qəbul olunmuşdursa, Operator tərəfindən bu cür öhdəliklər uçotdan çıxarılmır. Öhdəlik üzrə qəbul edilmiş dövlət alışları, iş və xidmətlərin məbləğləri nəzərə alınmaqla yalnız öhdəliyin icra edilməmiş qalıq hissəsi ləğv edilə bilər.  Bu zaman təşkilatlar müvafiq sənədləri “Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi” vasitəsilə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edir.