Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 aprel tarixli 62 nömrəli Qərarı ilə təsdiq edilmiş “Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsi Qaydaları” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2008-ci il 10 aprel tarixli 84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”na uyğun olaraq idarəetməyə verilmiş vəsaitlər vahid xəzinə hesabına geri çağırıldıqda, habelə dövlət xəzinədarlığının öhdəsində olan pul vəsaitlərinin müxtəlif valyutalarla mübadiləsi həyata keçirildikdə həmin vəsaitlər yenidən xəzinə uçotuna qəbul edilmir.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.