Dik borudan və ya təmizləyicidən baxış quyusunun oxuna qədər olan məsafə cədvəl 8-də göstərilənlərdən artıq olmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Boru kəmərinin diametri, mm | 50 | 100 | 150 və daha çox |
Dik borudan və ya təmizləyicidən baxış quyusunun oxuna qədər olan məsafə, m | 8 | 12 | 15 |
Buraxılışın uzunluğu cədvəldə göstəriləndən artıq olduqda əlavə baxış quyusunun qurulması nəzərdə tutulmalıdır.
Çirklənməmiş tullantı su buraxıcıları və suaxıdıcıların diametri 100 mm və daha artıq olan hallarda buraxılışların uzunluğunun 20 m-ə qədər artırılmasına yol verilir.