Dik boruların şaqulidən üfüqi vəziyyətə dönmə yerlərində beton söykənəcəklər nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Tullantı sularının sorulub vurulma sistemlərində və yerli təmizləyici qurğularda qoyulan nasoslar boru kəmərlərinə vibroizolyasiya qurğuları və armaturu vasitəsi ilə birləşdirilməlidir.
I – IV, həmçinin Ik – IVk qrup işlənmiş ərazilərdə inşa edilən bina və qurğulardan buraxılışların polimer materiallardan, çuqundan və ya xrizotilsement borulardan döşənməsinə yol verilir.