Evlərin enerji səmərəliliyi üzrə normalara uyğunluğu inşaat konstruksiyalarının və evin mühəndis sistemlərinin xarakteristikaları üzrə və (və ya) evin isitməsinə enerjinin xüsusi sərfinin kompleks gösətəricisinə görə qiymətləndirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Evin enerji effektivliyinin qiymətləndirilməsi AzDTN 2.12-4-ə müvafiq olaraq əsasən onun inşaat konstruksiyalarının və evlər üçün enerji səmərəliliyi tələblərinə uyğun mühəndis sistemlərinin xarakteristikaları üzrə aşağıdakı şərtləri təmin etməklə həyata keçirilməlidir:
– xarici qoruyucu konstruksiyaların istilikötürməsinin və havakeçirməsinin çevrilmiş müqavimətinin qiymətinin AzDTN 2.12-4 – də göstərilən tələblərdən az olmaması;
– istilik, havalandırma, havanın kondisiyalaşdırılması və isti su təchizatı sistemlərinin əl ilə və ya avtomatik tənzimlənməyə malik olması;
– mərkəzləşdirilmiş enerji resursları təchizatının mühəndis sistemləri istilik və elektrik enerjisinin, soyuq və isti suyun, qazın sərfiyyatını aparan nəzarət ölçü cihazları ilə təmin olunması.