Fərdi evlərdə təkərli oturacaqdan istifadə edən əlilliyi olan şəxslərin yaşayış otaqlarının birinci mərtəbədə yerləşdirilməsi tövsiyə edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Üçmərtəbəli fərdi yaşayış evləri DTN 2.02.01-üzrə I, II və III odadavamlılıq dərəcəsi olan binaların konstruksiyalarına olan tələblərə müvafiq olmalıdır. Yükdaşıyan elementlərin odadavamlılıq həddi R 45-dən, mərtəbəarası örtüklərin REI 45-dən, öz yükünü daşıyan xarici divarların E 15-dən, çardaqsız örtük panellərin RE 15-dən, çardaqsız örtüklərin açıq fermalarının, tirlərinin və proqonların R 15-dən az olmamalıdır.