Günəş fotovoltaik generatorun quraşdırılmasından əvvəl onun gələcək istifadəçilərinin və onların qonşularının həyat tərzi və vərdişləri barədə məlumatlar əldə edilməlidir və fotovoltaik modulların zədələnmə mümkünlüyünün olmadığı yerlər düzgün təyin olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu,  “Damüstü Günəş enerji sistemlərinin quraşdırılması üzrə tələblər”də əksini tapıb.

Elektrotexniki məmulatlar və onların konstruksiyalarının təhlükəsizliyinin təmin olunması, eləcə də insana təsirlərin qarşısının alınması və ya yol verilən həddə azaldılması üzrə təhlükəsizlik tədbirləri DÜİST 12.2.007.0 standartının tələblərinə müvafiq yerinə yetirilməlidir.