Fotovoltaik modulların quraşdırılması onların günəşə optimal cəhətlənməsini və quraşdırma yerlərində müxtəlif növ səthlərə etibarlı bərkidilməsini təmin edən konstruksiyalar üzərində aparılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu,  “Damüstü Günəş enerji sistemlərinin quraşdırılması üzrə tələblər”də əksini tapıb.

Maksimum enerji istehsal etmək üçün fotovoltaik modullar elə quraşdırılmalıdır ki, günəş şüaları modulun işçi səthinə 90° bucaq altında düşsün.