Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinin vəzifələri sırasına Nazirliyin aparatının və strukturuna daxil olan qurumların kadr siyasətinin formalaşdırılması üçün zəruri təkliflər vermək və həmin siyasətin həyata keçirilməsində iştirak etmək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 673 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə” və Nazirliyin Kollegiyasının 2011-ci il 12 avqust tarixli 1-N nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları”na əsasən yaradılmış ədliyyə orqanlarına qulluğa qəbul üzrə nazirliyin Müsabiqə Komissiyasının aşkarlıq şəraitində şəffaf üsullarla müsabiqələr və müsahibələr keçirməsindən, o cümlədən ali hüquq təhsili tələb olunmayan vəzifələrə namizədlərin seçimindən irəli gələn işləri təşkil etmək də bu vəzifələr sırasındadır.