Ekspertiza və ya qanuni keçirilmiş digər istintaq, yaxud prosessual hərəkətlər zamanı xarab olmuş, məhv edilmiş və ya itirilmiş əşyanın dəyəri məhkəmə məsrəflərinə aid edilir.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Bu əşya məhkum olunmuş şəxsə və ya mülki cavabdehə məxsus olduqda, onun dəyəri ödənilmir. Bu əşya başqa şəxsə mənsub olduqda, onun dəyəri məhkəmənin hökmü ilə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına ödənilir və ya məhkum olunmuş şəxsdən və mülki cavabdehdən tutula bilər.