Ötən il Azərbaycanda 300-ə yaxın orqan transplantasiyası əməliyyatları həyata keçirilib.
Heftelik.az-ın məlumatına görə, bu barədə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən APA-ya bildirilib.
Bunlardan böyrək transplantasiyası çoxluq təşkil edir.
Eyni zamanda, qeyd edilib ki, ölümündən sonra orqanlarını bağışlayan insanlar var:
“Ancaq meyitdən orqan götürülməsinə hələ başlanılmayıb”.