Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin strukturuna daxil olan qurumların rəisləri Nazirliyin kollegiyasının qərarlarında, Nazirlik üzrə əmr və sərəncamlarda, habelə iş planlarında nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini səlahiyyətləri daxilində təmin edirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Onlar həmçinin idarənin (şöbənin) işçilərinin həvəsləndirilməsi, onlara xüsusi rütbələrin və ixtisas dərəcələrinin verilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı baş idarə rəisinə təkliflər verir və idarənin (şöbənin) səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə inzibati xətalara dair işlərə baxır, inzibati xəta haqqında iş üzrə protokol tərtib edirlər.