Pakistan səhər saatlarında “Marg Bar Sarmachar” adlı antiterror əməliyyatı keçirib.

Heftelik.az-ın xəbərinə görə,  bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, əməliyyat çərçivəsində İranın Sistan və Bəlucistan əyalətində yerləşən “terrorçu sığınacaqları”na zərbələr endirilib.

Hava zərbələrinin yüksək koordinasiyalı və dəqiq hədəflənmiş olduğu qeyd edilib

“Mövcud kəşfiyyat məlumatlarına əsasən, həyata keçirilən “Marg Bar Sarmachar” kod adlı əməliyyatda, bir neçə terrorçu məhv edilib”, – məlumatda vurğulanır.

İranın Tasnim Agentliyi isə Sistan və Bəlucistan əyalətinin Seravan rayonu yaxınlığında baş verən partlayışlarda 7 nəfərin həlak olduğunu bildirib. Partlayış nəticəsində həlak olanların üçünün qadın, dördünün uşaq olduğu vurğulanır. Ölənlərin hamısının İran vətəndaşı olmadığı da bildirilib.

***

saat 09.23

Pakistan Ordusu İranın Sistan -Bəlicistan əyalətinə zərbə endirib.

Heftelik.az-ın məlumatına görə, İran zərbələr nəticəsində 4 nəfərin öldüyünü açıqlayıb.

Ötən gün?Uran Pakistanın şərqinə raket zərbəsi endirmiş, 4 nəfər ölmüşdü.