Pilləkən marşlarının və pandusların mailliyi və eni, pillələrin hündürlüyü və pillə çıxıntılarının eni, pilləkən meydançalarının eni, pilləkənlərə, zirzəmiyə, istismar olunan çardağa keçidlərin hündürlüyü, döşəmə səviyyəsində fərqlilik, həmçinin qapı ölçüləri rahat və təhlükəsiz hərəkətə, mebel və avadanlıqların daşınmasına imkan verməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Pillələrin hündürlüyü müxtəlif olan pilləkənlərin tətbiqinə yol verilmir.