Dövlət alışları, iş və xidmətlərin qəbulu sənədi qəbul edilmiş öhdəliklərə əsasən mal, iş və xidmətlərin təşkilata təqdim edilməsini, habelə “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda göstərilmiş xərclərin icraya qəbul edilməsini təsdiq edən sənəddir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Qabaqcadan ödəniş üzrə sifariş sənədi qanunvericilikdə nəzərdə tutulmuş qaydada qabaqcadan ödənişlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə tərtib edilmiş sənəddir.