Şəxs torpaq uçqunu altında qalaraq ölüb.
Heftelik.az-ın məlumatına görə, Baş prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, yanvar 18-də saat 10 radələrində Sumqayıt şəhəri ərazisində “Archico” MMC-də fəhlə işləyən 1977-ci il təvəllüdlü Nazim Bağırovun kanalizasiya xətti çəkilişi zamanı torpaq uçqunu altında qalması nəticəsində ölməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.