Tullantı sularını təmizləmək üçün barmaqlıqların, qumtutanların, durulducuların, yağ-neft tutucuların, neytrallaşdırıcıların və digər qurğuların, həmçinin məişət və istehsalat tullantı sularını sorub vurmaq üçün nasos qurğularının layihələndirilməsi və hesablanması AzDTN 2.11-2-nin tələblərinə uyğun yerinə yetirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Zəhərli, xoşagəlməz iylər, qazlar və buxarlar ayırmayan istehsalat və məişət tullantı suları üçün nasosların və rezervuarların, həmçinin nasos və lokal bioloji təmizləmə qurğularının yaşayış, istehsalat və ictimai binalarda və ya onların ətraf ərazilərində yerləşdirilməsinə yol verilir.