“Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi”nin təşkilatları nələrlə təmin etdiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
XİİS təşkilatları aşağıdakılarla təmin edir:
– gəlirlərin uçotu (smeta və faktiki) ;
– xərclərin uçotu (smeta və faktiki) ;
– müqavilələrin uçotu;
– sənədlərin (elektron qaimə-faktura (qaimə-faktura), malların alış aktı, elektron alış aktı, “Görülmüş işlərin qəbul aktı” (forma №2) və “Yerinə yetirilmiş işlər və xərclər haqqında arayış” (forma №3), təhvil-qəbul aktı, gömrük bəyannaməsi, çek, avans hesabatı, bank zəmanətləri, ödəniş tapşırıqları və s.) uçotu;
– qabaqcadan ödənişlərin (avans) uçotu;
– kassa məxaric əməliyyatlarının uçotu;
– kreditor borcların uçotu;
– müvəkkil banklardan qaytarılan vəsaitlərin uçotu;
– üzləşmə sənədinin təsdiqi;
– qalıq vəsaitlərin məbləği (gəlir üzrə, xərc smetası üzrə, müqavilə üzrə, avans üzrə);
– düzgün tutulmamış və ya artıq ödənilmiş vəsaitlərin geri qaytarılması üzrə əməliyyatların uçotu;
– maliyyə əməliyyatları üzrə hesabatlılıq.