Xalqımızın qan yaddaşına həkk olunmuş 20 yanvar faciəsi bizi azadlıq deyilən bir cəmiyyətə doğru yönəltdi. Qan bahasına xalqımız keçmiş Sovet hökumətinə boyun əyməyəcəyini bəyan etdi.

20 yanvar faciəsi əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirildi. Ruslar, ermənilər xalqımıza qarşı  bu faciəni törətməyi əvvəlcədən tərtib etmişdilər. Bu amansız qətl vətəndaşlarımızı həmrəy etdi , üçrəngli bayraq ətrafında sıx birləşdirdi.

Xalqımıza qarşı güclü silahlardan, zirehli texnikalardan istifadə edildi. Əliyalın soydaşlarımız namərd gülləsinə tuş gəldi. Düşmən ordusu bir neçə istiqamətdən Bakımıza və digər ərazilərimizə daxil oldu , faciə yaşandı. Xalqa faciə barədə heç bir məlumat verilmədi. Fövqəladə vəziyyət elan edilmədi. İlk olaraq televiziyanın enerji blokunun sıradan çıxması dövlətlə əhali arasında bağları qırdı. Xəbərsiz əhali nə baş verdiyini anlayana qədər artıq 82 nəfər soydaşımız qətlə yetirilmişdi. Sonrakı günlərdə daha 8 nəfər də bölgələr daxil olmaqla qətlə yetirilmişdir. Ümumiyyətlə, 147 nəfər vətəndaşımız soyqırıma məruz qalmış, öldürülmüş, 744 nəfər isə yaralanmışdır.

Bu faciədən sonra xalqımızın Sovet hökumətinə qarşı nifrəti daha da artdı, inamı itdi. Onsuz da puç olmuş ümidləri tamamilə yox oldu. O zaman Moskvada olan Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək cəsarətlə çıxış etdi. Sovet hökumətinin bu siyasətini qətiyyətlə pislədi, cəmiyyətimiz üçün yolverilməz siyasət olduğunu sübuta yetirdi. Ümummilli lider öz çıxışında bildirdi ki, Sovet hökumətinin o zaman Bakıda kifayət qədər qoşunu , diviziyası, zirehli texnikası vardı. Əlavə qoşunu Bakıya yeritməyə ehtiyac vardımı?

20 yanvar hadisələrinə ilk hüquqi qiymət Naxçıvan Ali Soveti tərəfindən verildi . Ulu öndərin 1994 il 29 martda verdiyi qərarla 20 yanvar hadisəsi faciə olaraq qan yaddaşımıza həkk edildi.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin apardığı siyasətdə 20 yanvar faciəsi, onun törədilməsi xüsusi yer tutur.

2006-cı ildə verdiyi qərarla prezident şəhid ailələrinə, qazilərə xüsusi qayğı göstərir ,onlara müəyyən təqaüdlər verilir ,hər bir sahədə dəstək verilir. Prezident İlham Əliyev hər zaman çıxışlarında Şəhidlərimizin ruhunu uca tutur, müstəqil, bütöv Azərbaycan uğrunda canından keçən hər bir vətəndaşın, igid oğlun şərəfli ömür yolunu qiymətləndirir. Hər il yanvarın 20-də saat 12-də bu hadisə 1 dəqiqəlik sükutla yad edilir .20 yanvar faciəsi xalqımızın tarixində şərəfli bir səhifədir. Bu hadisə ilə xalqımız bir oldu, birlik nümayiş etdirdi.

 

Leyla Mənsimova

Nəsimi rayon 164 nömrəli  tam orta məktəb