1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı al-qana boyanmağa başladı. Səbəbsiz və gərəksiz şəkildə dinc, bixəbər əhaliyə divan tutmaq həqiqətən də ədaləti həmin gecə məhv etdi. Bu qırğın sadə insandan xəbərsiz şəkildə həyatının məcburi şəkildə əlindən alınması demək idi. Bir neçə quduzlaşmış, texnika üzərində özlərini “canavar” bilən həmin o insanlıqdan uzaq olan varlıqlar əhalinin qanını küçələrə tökməyə çox həvəsli idilər. Oysa ki həmin gecədə gözlərini yuman neçə-neçə ruhun həyatda gələcək planı var idi. Onları reallaşdırmağa bu insanlıq anlayışını dərk etməyən varlıqlar izin vermədilər. Bu qırğın BMT qətnaməsində belə neçə dəfə rəsmi hüdudlarda müzakirəyə qaldırılmışdır. Çün ki canı əlindən alınan həmin o insanların qanları yerdə qalmamalıdır. Bu qırğın əsrlər boyu davam etdi, sadəcə 1990-cı ildə qalmadı. Bu günə kimi o bizimlə qaldı. Çünki dövlətin nə qədər yaxşı yönləri olsa da bir o qədərdə acı verən yönləri də var. Nə qədər acı olsa da, qəbullanmaq və onunla güclənmək özü bir cəsarətdir. Lakin 2020 ci il o acının, o qanların qisasını alan il oldu. Bizə həmin acını sarmağa məlhəm olan il oldu. O ,günahsız insanların günahına girənləri cəzalandıran il oldu. Ordumuz, güclənmiş dövlətimiz bu qırğınla bərabər bu zəmində dövlətimiz də törədilmiş əsilsiz qətliamların qarşısını almış oldu. Hər il 20 Yanvar tarixi gələndə təqvim də o il qara şaxədə göstərilirdi. Və hər il 20 Yanvarda günorta saat 12:00-da bütün respublika sükuta dayanırdı. Bizə bu acını verən o vəhşi düşmənlərə biz həqiqətən 44 günlük müharibə ilə illərin toz tutmuş ədalətsizliklərini başa salmış olduq. Lakin həmin gecə canını itirən həmin vətəndaşlarımız heç vaxt yadımızdan çıxmayacaq. Hər il olduğu kimi bu ildə Şəhidlər Xiyabanı ziyarət edilərək onların ruhu yad ediləcək. Bu ənənə özünü hər il göstərəcək .Burdan həmin gecə canından keçmiş bütün həmvətənlərimizə Allahdan rəhmət diləyirəm. Rahat olsun ruhunuz, qanınız yerdə qalmadı!
Nərmin Xanbutayeva
Azərbaycan Dillər Universiteti