Azərbaycanda 5 maqnitudalı zəlzələ olub.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Saat 22.05-də qeydə alınan zəlzələnin ocağı Saatlı və Sabirabad rayonlarının inzibati sərhədində, 61 km dərinlikdə yerləşib.
Zəlzələ Saatlı-Sabirabadda 4 , Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran ,Lerik, Şirvan , Zərdab, Ağdam, Nefçalada, Saatlı rayonlarında 4-3 bala qədər hiss olunub.
***
saat 22.27
Azərbaycanda 5,1 maqnitudalı zəlzələ olub.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Saat 22.05-də qeydə alınan və episentri Azərbaycanın cənubunda (Koordinatlar:39.75 N, 48.73 E) yerləşən zəlzələ Aran və Cənub zonalarında hiss edilib.