Binanın xarici konstruksiyalarına inteqrasiya olunmuş fotovoltaik modullar yalnız elektrik enerjisi istehsalı ilə məhdudlaşmayaraq öz üzərilərinə yeni funksiyaları qəbul edirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Damüstü Günəş enerji sistemlərinin quraşdırılması üzrə tələblər”də əksini tapıb.
Belə sistemlərdə möhkəmliyin və dayanıqlığın təmin olunması kimi tələblər yerinə yetirilməlidir. Fotovoltaik modullar düz və ya elastik səthli olmaqla boşluqlu və ya çoxqatlı quruluşlu olurlar. Onları bina səthinin istənilən hissəsinə yerləşdirmək olar və öz xarakteristikaları (ölçüləri, elastikliyi, forması və xarici görünüşü) sayəsində onlar dizayn elementi kimi də tətbiq oluna bilər.