Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin hüquqları sırasına qanunvericiliklə müəyyən edilmiş qaydada yerli və xarici qeyri-dövlət təşkilatları, beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xidmət sahəsində xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək daxildir.

Heftelik.az-ın məlumatına görə, bu,  “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.

İşçiləri ölkə daxilində xidməti ezamiyyətə göndərmək, ədliyyə nazirinin müvafiq əmrləri ilə verilmiş səlahiyyət daxilində baş idarə, Nazirliyin qeydiyyat şöbələri və notariat orqanlarında kadr komplektlərşdirilməsi məsələlərini həll etmək və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət satınalmalarını həyata keçirmək də bu hüquqlar sırasındadır.