Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin strukturuna daxil olan qurumların rəisləri idarənin (şöbənin) fəaliyyəti ilə bağlı məsələlərin Nazirliyin kollegiyasının müzakirəsinə çıxarılması barədə Baş idarənin rəisinə təklif verir, Baş idarənin fəaliyyəti ilə bağlı aidiyyəti məsələləri Nazirliyin kollegiyasının müzakirəsinə hazırlayır və idarənin (şöbənin) fəaliyyəti ilə bağlı müvafiq hesabatlarını hazırlayırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Onlar həmçinin idarənin (şöbənin) fəaliyyətinin təkmilləşdirilməsi sahəsində tədbirlər görür, bu barədə Baş idarənin rəisinə təkliflər verir, Baş idarənin iş planına dair təkliflər verir, onun icrasını təmin edir, vətəndaşları qəbul edir, peşə hazırlığının yüksəldilməsi məqsədi ilə qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır və xidməti fəaliyyətlə bağlı Nazirliyin rəhbərliyinin və Baş idarənin rəisinin tapşırıqlarını yerinə yetirirlər.