Ekoloji risklərə xüsusi diqqətin və layihəçilərin yerli sosial mənzərə barədə biliklərinin olması sistemin uzunömürlüyünün təmin olunması ilə əlaqədardır.
Heftelik.az-ın məlumatına görə, bu, “Damüstü Günəş enerji sistemlərinin quraşdırılması üzrə tələblər”də əksini tapıb.
1 kVt üçün orta hesabla 8 m2 sahə tələb olunur. Dam sahəsi hesablanarkən tüstü bacaları, ağaclar, ətrafdakı binalar, su çənləri, lift şaxtaları kimi amillər nəzərə alınmalı, gün ərzində fasiləsiz günəş işığı düşən ərazilərə panellər quraşdırılmalıdır.