Üçmərtəbəli evlərin konstruktiv yanğın təhlükəsi sinfi C2-dən aşağı olmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Evdaxili arakəsmələrin və içəridə qoyulmuş mebelin odadavamlılıq həddi tənzimlənmir. Evlərin inşaat konstruksiyaları yanmanın gizli yayılmasına şərait yaratmamalıdır. Divarlarda, arakəsmələrdə, örtüklərdə və dam örtüklərində DÜİST 30244-ə görə normal yanan (Y3) və (və ya) güclü yanan (Y4) qruplara aid tikinti materiallarından olan elementlərin yaratdığı və minimal ölçüsü 25 mm-dən çox olan boşluqlar, həmçinin çardağın və mansardın çatılararası boşluqları bütöv diafraqmalarla ölçüləri qorunan yerləşgənin konturu ilə məhdudlaşan sahələrə bölünməlidir. Bütöv diafraqmalar yanma qrupu Y3 və (və ya) Y4 olan materiallardan yerinə yetirilməməlidir.