Pilləkən, balkon, lociya, terras, dam və digər təhlükəli hündürlük fərqi olan yerlərdə yıxılmanın qarşısını almaq üçün mühafizə məhəccərinin hündürlüyü 0,9 m-dən az olmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Məhəccər kəsilməz-davamlı olmalı, tutacaq ilə təchiz olunmalı və 0,3 kN/m-dən az olmayan yükə hesablanmalıdır. Fərdi yaşayış evinə və həyətyanı sahəyə icazəsiz daxil olmalara qarşı mühafizə tədbirlərinin nəzərdə tutulması tövsiyə edilir.