Günəş şüalarının aylar, eləcə də cəhətlər üzrə üfüqi və şaquli səthlərə düşməsi TN və Q 2.01.01 normativ sənədinə əsasən təyin olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Damüstü Günəş enerji sistemlərinin quraşdırılması üzrə tələblər”də əksini tapıb.
Günəş enerji sistemlərində buna nail olmaq yalnız iki oxlu günəş izləmə sistemi olan xüsusi fırlanan strukturlardan – izləyici sistemlərdən istifadə edildikdə təmin edilir. Fotovoltaik sistemlərdə, əsasən, stasionar konstruksiyalardan istifadə olunur. Bu cür konstruksiyalar azimut üzrə kiçik yayınmalarla cənuba cəhətlənməli, eləcə də sabit və ya dəyişən maillik bucağı ilə quraşdırılmalıdır.