Bir suaxıdıcı dik boru üçün yağış suyunun hesablama sərfi cədvəl 9-da göstərilənlərdən artıq olmamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu,  “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Bir suaxıdıcı qıfın  hesablama sərfi qıfın qəbul edilmiş tipinin pasport məlumatlarına əsasən təyin edilir. Hesablama su toplama sahəsi təyin edildikdə damla bitişən və ondan yuxarı qalxan şaquli divarların ümumi sahəsinin 30%-i əlavə olaraq nəzərə alınmalıdır.