Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinin vəzifələri sırasına ilk dəfə ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqə və müsahibə zamanı müvəffəqiyyət əldə etmiş namizədlərin Nazirliyin Ədliyyə Akademiyasında icbari təliminin təşkili ilə bağlı aidiyyəti işləri yerinə yetirmək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Müsabiqə və müsahibə zamanı müvəffəqiyyət əldə etmiş, lakin vakant vəzifəyə təyin olunmamış namizədlərin insan resurslarının ehtiyatı siyahısına daxil edilməsi, onların, habelə ştatların ixtisarı ilə əlaqədar vəzifədən azad edilmiş işçilərin vəzifələrə təyin olunmasına dair təkliflər vermək və ədliyyə orqanlarına ilk dəfə qulluğa qəbul olunmuş işçilərin andiçmə mərasimini təşkil etmək də bu vəzifələr sırasındadır.